“Mənim rəngli dünyam”
Martın 7-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evində tanınmış rəssam Rəfiqə Ramizqızının “Mənim rəngli dünyam” mövzusunda fərdi sərgisi açılıb.
Tədbirdə Mədəniyyət evinin direktoru Natiq Abbasov, 38 nömrəli Texniki yaradıcılıq mərkəzinin direktoru Rafiq Rəhimov çıxış ediblər.
Bildirilib ki, rəssamın əsərləri ölkəmizdə və beynəlxalq sərgilərdə diplomlara, fəxri fərmanlara layiq görülüb.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Sərgidə rəssamın müxtəlif mövzularda işlədiyi əsərlər nümayiş edilib.
Mədəniyyət.- 2017.- 8 mart.-
S.16.