Gənc rəssamın “Yeni nəfəs”i
Martın 4-də İçərişəhərdəki
Müasir İncəsənət
Mərkəzində gənc
rəssam Zəhra Əlinin “Yeni nəfəs” adlı fərdi sərgisinin açılışı keçirilib.
Sərginin açılışında
Azərbaycan Rəssamlar
İttifaqının katibi,
Xalq rəssamı Ağəli İbrahimov, əməkdar rəssamlar Aydın Rəcəbov, Rafiq Kərimov və Nəvai Mətin çıxış
edib, gənc rəssama sənət uğurları diləyiblər.
Sərgidə rəssam 50-yə yaxın əsərini sənətsevərlərə təqdim
edib. Onların çoxu vitrajlardır.
Bundan başqa, sərgidə rəssamın müxtəlif
texnikalarla işlədiyi
əsərləri nümayiş
olunub.
Zəhra Əli 1995-ci ildə
Bakı şəhərində
anadan olub. 2016-cı ildə Bakı Qida Sənayesi Kollecinin Dizayn fakültəsini fərqlənmə diplomu ilə bitirib.
S.Qaliboğlu
Mədəniyyət.- 2017.- 8 mart.-
S.16.