Mədəniyyət və turizm naziri Almaniyaya səfər edib

 

 

 

   Azərbaycan “İTB Berlin” sərgisi ilə tərəfdaşlığı davam etdirəcək

  

   Xəbər verildiyi kimi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Almaniyanın paytaxtında ənənəvi “İTB Berlinturizm sərgisində iştirak edir.

   Nazir səfər çərçivəsində beynəlxalq turizm sərgisinin rəhbəri ilə görüşüb. Görüşdə Azərbaycanın İTB-də iştirakının əhəmiyyəti, son dövrlərdə ölkəmizə turist axınının səbəbləri, ölkə rəhbərinin turizm sahəsində islahatları və onların müsbət nəticələri barədə fikir mübadiləsi aparılıb.

   Nazir Ermənistan tərəfinə Azərbaycanın işğal olunmuş ərazilərinin sərgidə təbliğinin yolverilməz olması barədə ciddi xəbərdarlıq edilməsi və bununla bağlı sərt məktub göndərilməsinə görə İTB rəhbərinə öz təşəkkürünü bildirib. Həmçinin, Azərbaycanın əvvəlki illərdə İTB-nin tərəfdaşı olması xatırlanaraq, bu tərəfdaşlığın uğurla baş tutduğu və növbəti illərdə də belə tərəfdaşlıq formatının davam etdirilməsinin arzu olunduğu vurğulanıb.

   Səfər çərçivəsində Əbülfəs Qarayev sərginin rəsmi açılışında iştirak edib və Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşüb. Görüşdə Azərbaycan ilə bu təşkilat arasında əlaqələrin inkişafı və bu ilin may ayında keçiriləcək qurumun İcraiyyə Şurasının toplantısına ölkəmizin sədrlik etməsi, habelə 4-6 may tarixində Bakıda keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu ətrafında da geniş müzakirələr aparılıb.

 

   İpək Yolu layihəsi üzrə turizm nazirlərinin toplantısı

  

   Mədəniyyət və turizm naziri martın 8-də Berlində Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) İpək Yolu layihəsi üzrə turizm nazirlərinin 7-ci görüşündə iştirak edib.

   Tədbiri açıq elan edən təşkilatın baş katibi Taleb Rifai İpək Yolunun tarixionun turizmin inkişafı baxımından əhəmiyyətindən danışıb.

   Nazir Əbülfəs Qarayev Azərbaycanın İpək Yolu ilə bağlılığı və onun tarixən malik olduğu iqtisadi və mədəni əhəmiyyətinə toxunaraq son dövrlərdə bu yolun bir turizm məhsulu kimi dünya səyahət bazarında əhəmiyyətinin artdığını diqqətə çatdırıb.

   Nazir həmçinin İpək Yolunun təkcə coğrafi anlayış deyil, eyni zamanda mədəniyyətləri birləşdirən bir yol olduğunu bildirib.

   Tədbir zamanı Əbülfəs Qarayev Türkiyə, Yunanıstan, İran və digər ölkələrin turizm üzrə məsul nazirləri ilə fikir mübadiləsi aparıb.

 

Mədəniyyət.- 2017.- 10 mart.- S.3.