Milli Kitabxanada italiyalı qonaqla görüş
Avropa İttifaqının (Aİ) “Mədəniyyət sektorunun
siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində
Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi artıq ikinci ildir ki, icra
olunur. Azərbaycan
və İtaliyanın
müvafiq nazirlikləri
tərəfindən reallaşdırılan
layihə ilə bağlı italiyalı mütəxəssislər ölkəmizdə
mədəniyyətin müxtəlif
sahələrinin inkişafı,
mədəniyyət müəssisələrinin
fəaliyyəti ilə
tanış olublar.
Martın 7-də İtaliya Milli Kitabxanasının arxiv və fotoqrafiya
şöbəsinin işçisi
xanım Paola Puqlisi Tvinninq layihəsi çərçivəsində Azərbaycan Milli Kitabxanasında olub.
Qonaq kitabxananın direktoru
Kərim Tahirovla görüşüb.
Kitabxanadan bildirilib ki, görüşün əsas məqsədi kitabxanaların idarə olunması istiqamətinin hüquqi əsaslarını müəyyənləşdirmək olub. Kərim Tahirov qonağı maraqlandıran suallara aydınlıq gətirib.
Sonra
xanım P.Puqlisi kitabxananı gəzib, burada quraşdırılan
avtomatlaşdırma prosesi və elektron kataloqla
tanış olub. Qonağa
ölkəmizlə bağlı kitablar hədiyyə
edilib.
Mədəniyyət.- 2017.- 10 mart.-
S.7.