Beynəlxalq Qadınlar Günü münasibətilə musiqili gecə

 

 

   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram konserti keçirilib.

   Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə şöbəsinin müdiri Yaşar Əliyev, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov və digər qonaqlar iştirak ediblər.

   Konsertdə paytaxtın G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbi şagirdlərinin ifasında R.Şəfəqin “Hər yerdən vətən yaxşıdır”, T.Quliyevin “Zibeydə”, M.Maqomayevin “Azərbaycan” və s. mahnılar, eləcə də xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.

   Tədbirdə çıxış edənlər bayram münasibətilə bütün qadınları təbrik edərək, Azərbaycanda qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən bəhs ediblər.

 

Mədəniyyət.- 2017.- 10 mart.- S.7.