“Almanların VürtemberqQafqaz arasında vətən axtarışı”

 

 

   Berlin Humboldt Universitetində fotosərgi davam edir

  

   Xəbər verdiyimiz kimi, Berlin Humboldt Universitetində Azərbaycanda alman məskənlərinin 200 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb.

   Almaniyada işgüzar səfərdə olan mədəniyyət turizm naziri Əbülfəs Qarayev bu ölkədəki səfirimiz Ramin Həsənov fotosərgiyə baş çəkiblər.

   Almanların Vürtemberq Qafqaz arasında vətən axtarışıadlanan fotosərgi Berlin Humboldt Universitetində Azərbaycan tarixi kafedrasının, “EuroKaukAsiaCəmiyyətinin, Erkən Tarix Muzeyinin, Şərqi Avropa üzrə Alman Mədəniyyət Forumunun təşkilatçılığı Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

   Sərgi XIX əsrdə Azərbaycanda Gürcüstanda məskunlaşmış almanların iqtisadi, mədəni məişət həyatını, onların yerli əhali ilə münasibətlərini əks etdirən fotoşəkillərdən ibarətdir.

   Fevralın 20-də açılan sərgi martın 19-dək Berlin Humboldt Universitetində, daha sonra Almaniyanın bir sıra başqa şəhərlərində, ardınca Bakıda, vaxtilə alman icmasının yaşadığı Göygöl (Helenendorf) şəhərində, eləcə də GürcüstandaUkraynada nümayiş etdiriləcək.

 

Mədəniyyət.- 2017.- 10 mart.- S.8.