Azərbaycanın turizm imkanları Berlin sərgisində

 

 

 

   Mədəniyyət Turizm Nazirliyinin təmsil olunduğu sərgiyə ölkəmizdən 16 turizm şirkəti, 5 mehmanxana, AZAL digər qurumlar qatılıb

  

  

   Martın 8-də Almaniya paytaxtında “İTB Berlin 2017” beynəlxalq turizm sərgisi işə başlayıb. Xəbər verdiyimiz kimi, tədbirdə Azərbaycan Respublikasının mədəniyyət turizm naziri Əbülfəs Qarayevin başçılığı ilə nümayəndə heyəti iştirak edir.

   Sərgidə 16 yerli turizm şirkəti (“SW Travel”, “İmprotex Travel”, “Geo Travel”, “Premier Tour”, “Ran Tur”, “ENC Tours”, “Victory Tour”, “President Travel”, “The Tour”, “STI”, “Al Travel”, “Via Caucasus”, “Millennium Tourism”, “Gilan Hospitality”, “Turizm.az”, “Green Apple”), 5 mehmanxana (“Excelsior Hotel”, “Badamdar Hotel”, “Bilgah Beach Hotel”, “Shamakhi Palace Sharadil”, “Boulevard Hotel Baku”), Azərbaycan Hava Yolları (AZAL) Turizm Milli İnkişafa Dəstək İctimai Birliyi iştirak edir.

   Bununla yanaşı, sərgidə cari ilin 23-25 iyun tarixində Bakı şəhərində keçiriləcək “Formula 1” Avropa Qran-prisinin təşkilat komitəsi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi təmsil olunur.

   Sərginin açılışında Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayev ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənov iştirak ediblər.

   Nazir Əbülfəs Qarayev “İTB Berlin 2017” sərgisində Azərbaycan stendini açaraq, iştirakçı şirkətlərə uğurlar arzulayıb.

   Daha sonra Almaniya Bundestaqının Turizm komitəsinin sədri xanım Heike Brehmer Seyşel Respublikasının turizm naziri Alain St. Ange ilə milli stendimizdə ikitərəfli görüşlər keçirilib.

   Görüşlərdə Almaniya ilə turizm sahəsində əməkdaşlıq məsələləri, eləcə Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatının baş katibliyinə namizədlərdən biri olan Seyşelin turizm naziri ilə fikir mübadiləsi aparılıb.

   Daha sonra CNN BBC telekanallarının nümayəndələri Azərbaycan stendinə yaxınlaşaraq nazirlə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

   Qeyd edək ki, sərgidə Azərbaycanın turizm potensialı 94 kvadratmetr sahədə qurulan stenddə nümayiş olunur. Stendimiz sərgi qonaqlarına təqdim olunması üçün ingilis alman dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub.

   Stenddə monitorlar vasitəsilə ölkəmizin tarixi, mədəniyyəti müasir inkişafından bəhs edən tanıtım filmi çarxları göstərilir, ziyarətçilərə reklam-çap məhsulları paylanılır, turizm imkanlarımız barədə ətraflı məlumat verilir.

   Dünyanın ən böyük turizm sərgilərindən hesab olunan “İTB Berlin” sərgisinin pavilyon stendləriMesse Berlin” kompleksində 160 min kvadratmetr sahədə nümayiş olunur. Yarıməsrlik tarixi olan bu sərgidə Mədəniyyət Turizm Nazirliyi yerli turizm şirkətləri 2004-cü ildən etibarən iştirak edir.

   “İTB Berlin 2017” beynəlxalq turizm sərgisi martın 12-dək davam edəcək.

 

 

Mədəniyyət.- 2017.- 10 mart.- S.8.