Şelkunçik” Bakı Xoreoqrafiya Akademiyasının təqdimatında

 

 

 

   Xeyriyyə məqsədilə nümayiş olunan tamaşa şagird və tələbələrin məharətli ifaları ilə yadda qalıb

  

   Martın 9-da Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında P.İ.ÇaykovskininŞelkunçikbaleti nümayiş olunub.

   Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə təqdim olunan səhnə əsərində akademiyanın şagird və tələbə heyəti iştirak edib.

   Baletin quruluşçu xoreoqrafı Əməkdar müəllim Pullumb Ağalıyay, bədii rəhbəri isə Xalq artisti Kamilla Hüseynovadır.

   Xeyriyyə məqsədilə nümayiş olunan səhnə əsəri kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaq və yeniyetmələr üçün nəzərdə tutulub.

   Həmçinin səhnə əsəri sağlamlıq məhdudiyyəti olan uşaqların estetik tərbiyəsinə müsbət təsir göstərmək, xoreoqrafiya sənətinə maraq yaratmaq məqsədi daşıyır.

   Beynəlxalq müsabiqələr laureatı, gənc dirijor Əyyub Quliyevin idarə etdiyi tamaşada Murad Kərimov, Dinarə Şirinova, Maksim Labaçov, Nərgiz Abdullayeva, Mikayıl Həsənzadə, Fatimə Xəlilova, Sübhan Abışov, Nurlan Rəsulov və akademiyanın digər tələbələri iştirak ediblər.

   Rəngarəng musiqilər, maraqlı, zəngin dekorasiya və tələbələrin məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib.

 

Mədəniyyət.- 2017.- 10 mart.- S.9.