“Bizim
kino günləri” davam edir
Kinoteatrlarda “Dərs” filminin nümayişi başlanıb
Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının
təşkil etdiyi “Bizim kino günləri
2017” layihəsi çərçivəsində
növbəti ekran əsərinin nümayişi
başlanıb. Rejissorlar Rafiq
Əliyev və Cavid Təvəkkülün
“Dərs” bədii filmi martın 9-dan kinoteatrlarda göstərilir.
Ekran əsərinin nümayişi
Nizami Kino Mərkəzində,
“Park Cinema” və “CinemaPlus”
kinoteatrlar şəbəkəsində
baş tutacaq.
Qeyd edək ki, Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında
lentə alınan filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı
Fikrət Ələkbərov,
bəstəkarı Tünzalə
Ağayeva, icraçı
prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.
Rolları Tamerlan
Ağayev, Aliyə Əliyeva, Rəşid
Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə
Əhmədova və digərləri canlandırıb.
Mədəniyyət.- 2017.- 10 mart.-
S.9.