Portuqaliya azərbaycanlı səyyahın
gözü ilə
Martın 10-dan 12-dək Portuqaliyanın Azərbaycandakı diplomatik nümayəndəliyinin təşkilatçılığı ilə İçərişəhərdəki “Nur Art House” qalereyasında “Hello Portugal! - Portuqaliya azərbaycanlı səyyahın gözü ilə” adlı fotosərgi keçiriləcək.
Sərgidə Portuqaliyanın bir çox yerlərinə səyahət etmiş fotoqraf Aydın Sadıxovun 40-dək əsəri nümayiş olunacaq. Fotoqrafın çəkdiyi şəkillər Portuqaliyanın tarixi şəhərlərindən əksəriyyətini əhatə edir. Sərgidə XV-XVI əsrlərdə böyük coğrafi kəşfləri başladan şəhər - dənizçi-səyyahların yola düşdüyü Lissabon, XIX əsrə aid romantizm üslublu memarlıq sarayları ilə məşhur Sintra, əsrarəngiz “Bom Jesus do Monte” (“Dağların xeyirxah İsası”) ziyarətgahı ilə Braqa, şərabları ilə məşhur Porto və şəhərlərdən görüntüləri əks etdirir.
Fotosərgi
2017-ci ildə ölkəmizdə təşkil olunan
ilk Portuqaliya mədəniyyət
tədbiridir və Bakıda ilk dəfə
azərbaycanlı sənət xadiminin bu ölkə haqqında baxışları nümayiş etdiriləcək.
Mədəniyyət.- 2017.- 10 mart.-
S.12.