Qazaxıstanda “Teatr
baharı - 2017” festivalı
Tədbirdə
ölkəmiz də təmsil olunacaq
Martın 13-dən 18-dək Almatıda M.Auezov adına Qazaxıstan Dövlət Akademik Dram Teatrı tərəfindən təşkil olunan ənənəvi “Teatr baharı - 2017” festivalı keçiriləcək.
Ölkəmizi bu tədbirdə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov təmsil edəcək. Festival çərçivəsində V.Qafarov ustad dərsləri keçməklə yanaşı, “Aktyor sənəti - postdramatik teatrdan əvvəl və sonra” mövzusunda məruzə ilə çıxış edəcək.
Qeyd
edək ki, 1995-ci ildən etibarən
davamlı şəkildə reallaşan festival hər il teatrın
görkəmli aktyorlarından birinin xatirəsinə
həsr olunur. SSRİ Xalq
artisti Xadişa
Bukeevanın 100 illik yubileyinə həsr
edilən builki festival
çərçivəsində “Xadişa
Bukeeva və müasir
aktyor sənətinin problemləri” mövzusunda beynəlxalq elmi-praktik
konfransın keçirilməsi də nəzərdə tutulur.
Mədəniyyət.- 2017.- 10 mart.-
S.13.