“Əli
və Nino” filmi Avropa Parlamentində təqdim olunub
Brüsseldə, Avropa Parlamentinin
binasında “Əli və Nino” filminin təqdimatı olub. Avropada ilk təqdimat mərasimində Avropa Parlamentinin üzvü Norika Nikolai, Azərbaycanın
Belçikadakı səfiri
Fuad İsgəndərov,
Gürcüstanın Belçikadakı
səfiri Natali Sabanadze və Avropa Azərbaycan Cəmiyyətinin Benilüks
ofisinin rəhbəri
Mark Vervilgen çıxış
ediblər.
200-dən çox
izləyicinin iştirak
etdiyi təqdimat mərasimində Avropa Parlamentinin və Azərbaycan Milli Məclisinin üzvləri,
Avropa vətəndaş
cəmiyyətinin təmsilçiləri,
Belçikada Azərbaycan
diasporunun üzvləri,
tanınmış ictimai-siyasi
xadimlər iştirak ediblər.
Qurban Səidin eyniadlı
romanı əsasında
çəkilmiş film azərbaycanlı
gənc Əli ilə gürcü qızı Nino arasında
məhəbbət hekayəsindən
bəhs etməklə
bərabər XX əsrin
əvvəllərində Cənubi
Qafqazda baş verən siyasi hadisələri təsvir edir.
Britaniyalı məşhur rejissor, Kann Film Festivalının qalibi, BAFTA mükafatı laureatı, Qremmi mükafatçısı Asif
Kapadianın çəkdiyi
filmdə baş rolları 86-cı Kino Akademiya
festivalının qalibi
Adam Bakri və ispaniyalı aktrisa Mariya Valverde ifa edirlər.
Filmin
icraçı prodüseri Heydər
Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyeva, prodüseri
Kris Tikyer, ssenari müəllifi Kristofer
Hemptondur.
Mədəniyyət.- 2017.- 10 mart.-
S.16.