“Ölkəmizi tanıyaq”
Martın
16-da məktəblilərin növbəti tur-aksiyası
başlanır
Artıq dördüncü ildir ki, Azərbaycanın ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında müxtəlif bölgələrimizə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlət başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb.
Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, respublikamızın dinamik sosial-iqtisadi inkişafı, abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
Ötən müddətdə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 6 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda ümumilikdə 10255 nəfər iştirak edib.
Bu
il martın 16-19 və 23-26 tarixini əhatə edəcək növbəti
- 7-ci tur-aksiyada isə 6 istiqamət
üzrə 84 şəhər və rayondan,
o cümlədən məcburi köçkün rayonlarından 3393 nəfər
iştirak edəcək. Bununla
da “Ölkəmizi tanıyaq”
tur-aksiyalarında iştirak edən məktəblilərin
sayı 14 minə yaxın olacaq.
Mədəniyyət.- 2017.- 15 mart.-
S.3.