“El bilir
ki, sən mənimsən...”
“Azərbaycan” şeiri Mərakeşin paytaxtında səslənib
Mərakeşin paytaxtı Rabatda
Əmaziğ Mədəniyyəti
üzrə Kral İnstitutu və UNESCO-nun
regional bürosunun təşkilatçılığı
ilə Beynəlxalq
Ana Dili Gününə
həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Mərakeş Krallığındakı
səfirliyindən bildirilib
ki, 14-cü dəfə
təşkil edilən
ənənəvi tədbir
musiqi, teatr tamaşaları, rəqs və şeirlər vasitəsilə müxtəlif
ölkələrə məxsus
mədəniyyətlərin tanıdılması məqsədi
daşıyır. Tədbir dünyanın
müxtəlif ölkələrindən
nümayəndələrin iştirakı ilə “Çoxdilli təhsil vasitəsilə davamlı
gələcəyə doğru”
devizi altında keçirilib.
Tədbir iştirakçıları Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirini doğma ana dilində səsləndirən
Rabatda yaşayan azərbaycanlı məktəblilər
Rəvan və Fərəhnazı alqışlarla
qarşılayıblar. Azərbaycan nümayəndələrinin çıxışı
ölkəmizin turizm potensialını əks etdirən videoçarxla müşayiət olunub.
Əmaziğ Mədəniyyəti
üzrə Kral İnstitutunun
rektoru Əhməd Bukus
Azərbaycan təmsilçilərinin
çıxışından zövq
aldığını deyib, onlara minnətdarlığını bildirib.
Mədəniyyət.- 2017.- 15 mart.-
S.4.