“Boy çiçəyi”nin
yeni səhnə həyatı
Martın 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq artisti Ramiz Novruzun iştirakı ilə Xalq yazıçısı İlyas Əfəndiyevin “Boy çiçəyi və ya sən həmişə mənimləsən” əsərinin tamaşası olub. Tamaşadan əvvəl təşkil edilən tədbirdə Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov milli teatrımızın keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, Milli teatr günü münasibətilə təbriklərini çatdırıb.
Sonra tamaşa təqdim olunub.
Milli
Dram Teatrının bədii rəhbəri
və direktoru, Xalq artisti Azər Paşa Nemətin
quruluş verdiyi tamaşada baş
rolları Xalq artisti Ramiz Novruz (Həsənzadə)
və Əməkdar artist Məsmə
Aslanqızı (Nargilə) oynayıb. Digər rolları əməkdar
artistlər Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov,
Sabir Məmmədov, aktyorlar
Elnar Qarayev, Rada Nəsibova və Fəridə Əliyeva ifa ediblər.
Mədəniyyət.- 2017.- 15 mart.-
S.5.