Regional idarə
nümayəndələrinin zona müşavirəsi
Sumqayıt
Regional Mədəniyyət və Turizm İdarəsinin Şuşa
rayon üzrə nümayəndəsi
Zahid Abbasov 60 illik yubileyi münasibətilə təltif
edilib
Xırdalan şəhərindəki Heydər
Əliyev Mərkəzində
Sumqayıt Regional Mədəniyyət
və Turizm İdarəsinin rəisi Mehman Şükürovun iştirakı ilə Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa
rayon nümayəndələrinin zona müşavirəsi keçirilib.
İştirakçılar
əvvəlcə ümummilli
lider Heydər Əliyevin büstünü
ziyarət edib, mərkəzlə tanış olublar.
Müşavirəni regional idarənin baş məsləhətçisi
və Abşeron rayon üzrə nümayəndəsi
İlham Manafov açaraq iştirakçıları
salamlayıb.
Sonra Sumqayıt Regional Mədəniyyət
və Turizm İdarəsinin rəisi Mehman Şükürov çıxış edərək
“Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi
haqqında” ölkə
Prezidentinin 29 mart 2016-cı il tarixli sərəncamı
ilə aparılan islahatlardan danışıb.
Sərəncamın icrasının təmin
edilməsi, regional idarələrin
əhatə etdiyi müəssisələrin fəaliyyətinin
yeni şəraitə
uyğun qurulması, digər məsələlər
barədə ətraflı
söhbət açıb.
Novruz bayramının təşkili
və bir sıra cari məsələlərlə bağlı
tapşırıq və
tövsiyələr verilib.
Sumqayıt
Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçiləri Zahid Abbasov, İlham Manafov, Möhsün Bağırov
çıxış edərək
aşkar olunan problemlərin aradan qaldırılacağını, verilən tapşırıq
və tövsiyələrə
əməl olunacağını
bildiriblər.
Mehman Şükürov mədəniyyət
sahəsinə diqqət
və qayğıdan bəhs edərək bu sahədə çalışanların əməyinin
hər zaman qiymətləndirildiyini diqqətə
çatdırıb, Şuşa şəhər
MKS-nin müdiri Gülsarə Abbasovanı
bugünlərdə ölkə
başçısının sərəncamı ilə
Əməkdar mədəniyyət
işçisi fəxri
adı alması münasibətilə təbrik
edib.
O, həmçinin
Sumqayıt Regional Mədəniyyət
və Turizm İdarəsinin baş məsləhətçisi və
Şuşa rayon üzrə
nümayəndəsi Zahid
Abbasovu 60 illik yubileyi münasibətilə
təbrik edərək,
onu fəxri fərmanla təltif edib.
Qeyd edək ki, Zahid Abbasov 1957-ci il martın 14-də Şuşa şəhərində anadan olub. Şuşada orta məktəbi bitirdikdən sonra, təhsilini Bakıda Ali Partiya Məktəbində, daha sonra Moskvada davam etdirib. Təhsilini başa vurduqdan sonra Şuşada bir sıra məsul vəzifələrdə çalışıb. 1991-ci ildən Şuşa Rayon Mədəniyyət Şöbəsinin müdiri təyin edilib. Şuşanın 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı mədəni irsimizin, o cümlədən Şuşadakı Xalça muzeyində saxlanılan xalçaların, Üzeyir Hacıbəylinin ev-muzeyinin eksponatlarının xilas olunmasında bilavasitə iştirak edib. Zahid Abbasov 2006-cı ildən Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri işləyib, 2017-ci ilin yanvarından Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi və Şuşa rayonu üzrə nümayəndəsi kimi fəaliyyətini davam etdirir. Mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 2010-cu ildə “Tərəqqi” medalına, 2015-ci ildə TÜRKSOY-un xüsusi medalına layiq görülüb.
Müşavirənin sonunda M.Şükürov Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan müəssisələrin əməkdaşlarının təklif və müraciətlərini dinləyib.
Fariz Hüseynov
Mədəniyyət.- 2017.- 15 mart.-
S.7.