Bakı rusiyalıların yaz
tətili üçün səyahət
şəhərləri sırasında
“www.RoomGuru.ru” hotel axtarışı servisi məktəblilərin yaz tətili günlərində uşaqlarla səyahət və istirahət üçün populyar turizm istiqamətlərini müəyyən edib. Reytinq 2017-ci il martın 25-dən 31-dək hotel və apartament bronları üzrə hazırlanıb. “TurStat” agentliyinin məlumatına görə, 2017-ci ildə rusiyalıların uşaqlarla xaricə səfəri keçən illə müqayisədə 10 faiz artıb.
Bakı məktəblilərin
tətil günlərində rusiyalıların ailəvi
istirahət etdikləri şəhərlərin ilk onluğuna daxildir. Praqa, Tallin, Minsk, Budapeşt, Barselona, Vyana, Roma, Zaqreb
və Paris şəhərləri də bu onluqda yer
alıb. “RoomGuru.ru” servisinin
məlumatına görə, turistlər Bakıda ailəvi
istirahət üçün sutkada, hoteldə qalmaq, nahar etmək və muzeyə getmək haqqı
daxil olmaqla, orta hesabla 85 dollar xərcləyəcəklər.
Mədəniyyət.- 2017.- 15 mart.-
S.8.