Rusiya Azərbaycandan Şimali Qafqaza turist marşrutunun açılmasını istəyir

 

    

   Rusiya Şimali Qafqazda turizmin inkişafı üçün Azərbaycanın dəstəyinə ümid edir. Moskvada XII Beynəlxalq Turizm Sərgisində çıxış edən Rusiyanın Şimali Qafqaz məsələləri üzrə nazirinin məsləhətçisi Stanislav Aristov deyib ki, ölkənin regionlarına turist marşrutlarının inkişafı üçün “İpək yolumarşrutuna dair tədbirlər planının həyata keçirilməsi vacibdir.

   Nazir məsləhətçisi qeyd edib ki, Şimali Qafqazda “İpək yolumarşrutu keçən il təqdim edilib: “Şimali Qafqazda bütün regionları əhatə edən 7 günlük avtobus turu təşkil edilir. “İpək yolumarşrutunda turistlərə xidmətin keyfiyyətinin yüksəldilməsi üçün ilk olaraq əlavə infrastruktur yaradılması lazımdır. Bu problemlərdən biri bu il ərzində həllini tapacaq, regionlarda brend turist informasiya mərkəzləri yaradılacaq. İkinci problem nəqliyyatla bağlıdır. Həm Azərbaycan, həm də Rusiya vətəndaşlarının avtomobillə sərhədi keçməsində çətinliklər var. Biz bu il Azərbaycan tərəfinin dəstəyi ilə turizmin inkişafı ilə əlaqədar hökumətlərarası sazişin imzalanacağına ümid edirik. Şimali Qafqazın qapısı kimi Dağıstanın aktiv iştirakı ilə Bakıdan Dağıstana - Dərbənd və Mahaçqalaya turist marşrutunun açılması layihəsinin həyata keçirilməsini istəyirik”.

   Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 20-də “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda Azərbaycanın Türkiyə, Gürcüstan, İranRusiya ilə dövlət sərhədinin buraxılış məntəqələrində sürətli keçidi təmin etmək məqsədilə xüsusi ayrılmış hərəkət zolaqlarının müəyyən edilməsi, dövlət sərhədinin buraxılış məntəqələrinin saatlarının artırılması və s. məsələlər əksini tapıb.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2017.- 15 mart.- S.8.