Vyana Musiqi
Akademiyasının azərbaycanlı tələbəsi
konsertdə çıxış edib
Avstriyada fəaliyyət göstərən “Culture Meeting Point” mədəniyyət təşkilatının dəstəyi ilə Vyana şəhərində “Altes Rathaus” mədəniyyət mərkəzində Vyana Musiqi Akademiyasının tələbələrinin konserti keçirilib.
Əvvəlcə musiqişünas Fərəh Tahirova konsertin əhəmiyyətindən, ifaçılardan və ifa olunacaq əsərlərdən bəhs edib.
Sonra akademiyanın rəhbəri, dünya şöhrətli dirijor Boris Perrenoud səhnəyə çıxıb və tələbələrini, o cümlədən azərbaycanlı pianoçu, bu təhsil ocağının tələbəsi Abuzər Manafzadəni tamaşaçılara təqdim edib, onların istedad və bacarıqlarını yüksək qiymətləndirib.
Konsertdə Abuzər
Manafzadə pianoda Lüdviq
van Bethoven, Fridrix Şopen və Sergey Raxmaninovun əsərlərini
ifa edib. Digər tələbələr
tərəfindən bəstəkarlar Qeorq
Fridrix Hendel, Devid Popper, Yohann
Sebastian Bax, Frans Şubert, Françesko Rossi, Cakomo Miluççio və
Karl Mariya fon Veberin əsərləri
səsləndirilib.
Mədəniyyət.- 2017.- 15 mart.-
S.10.