“Nə yaxşı ki, Türkiyədə insanlarla qaynayıb-qarışmaq problemi yoxdur

 

 

   “Çalışdığın ölkədə həm işinə, həm o dövlətə, həm də səni yetişdirən elinə-yurduna sadiq olacaqsan  

   Başqa ölkələrdə önəmli işlərdə çalışan, Azərbaycanın təbliğatı istiqamətində fəaliyyət göstərən bir soydaşımızı görüncə sevinir, fəxr edirik. Təbii ki, həm də istər-istəməz maraqlanırıq. Bu insanlardan biri də Azərbaycan mətbuatında öz dəst-xətti olan, hazırda Ankarada TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan bölməsində aparıcı və tərcüməçi vəzifəsində çalışan telejurnalist Sevda Mirzədir.   

  

   - Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Türkiyədə yaşamaq, Azərbaycanda yaşamaq: arada nə fərq görürsünüz?

   - Hər ölkənin özünəməxsus cəhətləri var. Azərbaycan mənim üçün ilkdoğma vətəndir, Türkiyə də ikinci vətəndir. 45 yaşım var. Yaşıdlarım kimi mən də sovet cəmiyyətində, sovet təhsili ilə böyümüşəm, oktyabryat, pioner, komsomolçu olmuşam. 80-ci illərin sonlarında başlanan məlum hadisələr bizim dünyagörüşümüzü, baxışlarımızı dəyişdi. Amma beynimizdəki ana xətt dəyişmədi: çox mənada keçmiş sovet adamı olaraq qaldıq. Bu, yaxşıdır, ya pis? Sovet adamı obrazı mənəviyyatı maddiyyatdan öndə görən, çox kitab oxuyan, çalışıb yalnız dövlətdən maaş alan, öz biznesi olmayan (buna icazə verilməyən), alveri xor görən və başqa mənəvi keyfiyyətləri mənimsəyən bir insandır. Biz bu ruhu aşılayan cizgi və bədii filmlərlə böyüdük. Elə bilirdik başqa ölkələrdə də insanlar bizim kimidir. Sərhədlər açıldı və biz kapitalizmin şərtlərini, ağıl, savadla yanaşı fərasətə də ehtiyac olduğunu, başqa bir dünyanı gördük. Bu dünyanın mənfi və müsbət cəhətləri başqa bir mövzudur. Mən bir fikri qəbul edirəm: hansı ölkədə olursansa ol, onun cəmiyyətinə inteqrasiya olmalısan. Nə yaxşı ki, Türkiyədə insanlarla qaynayıb-qarışmaq problemi yoxdur, yardımsevər, qonaqpərvər, mehribandırlar.

   - Buraya gəlməzdən öncə Azərbaycanda televiziyalarda çalışdınız. Sənədli filmlər, İctimai Televiziyada Cənubi Azərbaycanla bağlı “Körpü” proqramını hazırladınız. Sonra birdən səsinizi “Türkiyənin səsi” radiosundan - İTV ilə ortaqQorqud Ata” proqramından eşitdik.

   - On iki yaşımdan yazıram. Atam jurnalist şair idi. Ən böyük yaradıcılıq dəstəyini ondan gördüm. Qəzetlərdə, sonra üç televiziyada çalışdım. Jurnalistikada özümə bir xətt müəyyən etdim: şimallı-cənublu bütöv Azərbaycan mədəniyyətini məqalə, süjet filmlərlə, araşdırmalar yoluyla oxucu tamaşaçılara çatdırmaq paylaşmaq. Buna daha çox İctimai Televiziyada nail oldum. Körpüproqramı həm TRT- bu gün olmağımın açarı oldu. 2008-ci ilin əvvəlində TRT İTV kanalları arasında ortaq proqram hazırlamaq üçün müqavilə imzalandı. Bu, 9 ilə yaxındır ki, İctimai Radiodan yayımlananQorqud Ata” proqramıdır. Elə həmin ilin oktyabrında Antalyada TRT-nin keçirdiyi, İTV-nin dəvət olunduğu tədbirdə iştirak etdim. Fasilələrdə yaradıcılıq söhbəti zamanı Cənubi Azərbaycan İranda Səlcuq abidələri mövzuları onların diqqətini çəkdi, filmlərimdən istədilər, baxdılar, sonra TRT “Türkiyənin səsiradiosu üçün veriliş hazırlamağımı istədilər, razılaşdım iki ilə yaxınGüney inciləri”ni hazırladım. Yəni TRT ilə ştatdankənar əməkdaşlığım 2009-cu ildən başlayır. İndiki işim təkcə xəbər, proqram tərcüməsi, “TRT Azərbaycansaytında yerləşdirilməsi radioda oxunmasından ibarət deyil. Yaradıcı insan olduğum üçün dinc dura bilmirəm, Türkiyə Azərbaycanın dövlət tədbirlərinə gedirəm, mədəniyyətə töhfələr verən insanlarla müsahibələr aparıb işıqlandırıram. Körpüverilişinin radio variantını bir müddət TRT- hazırladım.

   - Azərbaycanda qazandığınız yaradıcı təcrübəsi Türkiyədə davam etməyinizə səbəb olub...

   - Bu müddətdə ziyalı televiziya tamaşaçılarından qarşılıq, alqış, zəhməti dəyərləndirmə görmüşəm. Yaradıcılığımın əsas hissəsini Cənubi Azərbaycanın varlığını mədəni yönləriylə oyaq tutmağa, yüksəltməyə, o taydakı əcdadımızın, bacı-qardaşlarımızın tarixi, ədəbi mədəni xidmətlərini televiziyadan milyonlara göstərməyə sərf etmişəm. İndi Türkiyədəyəm. Ümumiyyətlə, prinsipim budur: çalışdığın ölkədə həm işinə, həm o dövlətə, həm səni yetişdirən elinə-yurduna sadiq olacaqsan. Bunu bir arada cəmləmək mümkündür: çünki Azərbaycan Türkiyə ayrılmaz dost qardaş olaraq bir-birini həmişə dəstəkləməlidir. ÇalışdığımTürkiyənin səsiradiosunun 37 dildə canlı yayımı, 41 dildə veb səhifələri var. Dövlətlər, bayraqlar içində mənim ölkəm, Azərbaycan dili var. Şöbədə həm Türkiyə, həm Azərbaycan, həm İran, həm Gürcüstan azərbaycanlıları Türkiyə Azərbaycan bayraqları altında çalışır bu ölkələrin mediasına öz töhfələrini verirlər.

  

   Mehparə Sultanova

   Ankara

 

Mədəniyyət.- 2017.- 15 mart.- S.13.