Bakıda “Salam, Portuqaliya!” fotosərgisi

 

 

   Martın 10-da İçərişəhərdəki “Nur Art House” qalereyasında “Salam, Portuqaliya! - Portuqaliya azərbaycanlı səyyahın gözü ilə” adlı sərgi açılıb. Sərgi Portuqaliyanın Azərbaycandakı Nümayəndəliyi tərəfindən təşkil edilib.

   Mərasimdə Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mariya Joao Lopes-Kardoso və “Nur Art House” qalereyasının direktoru, professor Röya Tağıyeva çıxış edib.

   Qeyd edilib ki, sərgidə Portuqaliyanın bir çox yerlərinə səyahət etmiş Aydın Sadıxovun çəkdiyi fotolar yer alıb. Onun çəkdiyi fotoşəkillər Portuqaliyanın əksər tarixi şəhərlərini əhatə edir.

   Aydın Sadıxov bu ölkə haqqında təəssüratı, orada keçirdiyi hisslər və Azərbaycan və Portuqaliya xalqlarının tolerantlıq, qonaqpərvərlik və istiqanlılıq kimi oxşar cəhətlərindən bəhs edib.

   Açılış günü fotoqrafiya üzrə ustad dərsi də keçirilib. Sərgi martın 12-dək davam edib.

 

Mədəniyyət.- 2017.- 15 mart.- S.16.