Milli İncəsənət
Muzeyində "Ailə
festivalı”
Azərbaycan Milli İncəsənət
Muzeyində 10-12 mart tarixində
Əsli Səmədovanın
müəllifi olduğu
"Milli irsimiz" layihəsi üzrə növbəti "Ailə
festivalı” keçirilib.
İkinci dəfə reallaşan
tədbir muzey məfhumunun sərhədlərini
genişləndirərək, onu ailəvi istirahət üçün
maraqlı məkana çevirmək məqsədi
daşıyır. Festivalın
ikinci tədbirinə Xalq rəssamı Arif Hüseynov, nağıl müəllifləri
Kamran Əlioğlu və Fərid Qorxmazoğlu, Fəridə
Mustafayeva, Oksana Sergeyeva, rəssam Aydan Məmmədova dəvət olunub. Tədbirdə “Çələbi
brendi”, “Rəsm” zərgərlik brendi, “Kilimçi” klubu, “Sevimli bala” uşaq
klubu, “Family-Tram” portalı
iştirak edib.
Muzeyin Elmi-kütləvi işlər şöbəsinin bələdçiləri tərəfindən muzey kolleksiyası barədə kiçik interaktiv ekskursiyalar təşkil olunub. Proqram çərçivəsində muzeyin daimi sərgisi - “Azərbaycan incəsənəti minilliklər boyu” üzərində qurulmuş və Nyu-York Müasir İncəsənət Muzeyinin əməkdaşlarının dəstəyi ilə yaradılan “Rəsmə çevril”, “Xatırlayıram-xatırlamıram”, “Ov-foto”, “Fərqi tap” kimi oyunlar keçirilib, ustad dərsləri təşkil edilib.
Mədəniyyət.- 2017.- 15 mart.-
S.16.