Uşaq Filarmoniyasının rəqs kollektivi Sankt-Peterburqda çıxış edib

 

 

   Martın 14-də Rusiyanın Sankt-Peterburq şəhərinin “Lidostadionunda «Sankt-Peterburqun Azərbaycan milli-mədəni muxtariyyəti» ictimai birliyi tərəfindən Novruz bayramına həsr olunmuş xeyriyyə tədbiri keçirilib.

   Tədbirdə ölkəmizin tanınmış sənətçiləri ilə yanaşı, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs kollektiviyer alıb. Balaca istedadların ifasında “Üzüm bağları”, “Azərbaycan süitası” rəqsləri təqdim olunub və alqışlarla qarşılanıb.

   Tədbirin final nömrəsi uşaqların ifasında səslənən “Azərbaycan süitası” rəqsi olub.

   Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs kollektivi daha bir neçə qastrol səfərində ölkəmizi, mədəniyyətimizi layiqincə təmsil edib.

 

Mədəniyyət.- 2017.- 17 mart.- S.4.