Ölkəmizin turizm imkanları Moskvada beynəlxalq sərgidə nümayiş olunub

 

   14-16 mart tarixində Rusiyanın paytaxtı Moskvada "MİTT 2017" Beynəlxalq turizm sərgisi keçirilib. Sərgidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyiiştirak edib.

   Tədbirdə nazirliklə yanaşı Milli Turizm Təbliğat Bürosu, Şahdağ Turizm Mərkəzi, Azərbaycan Hava Yolları, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Formula 1 Azərbaycanın Qran-prisi “Bakı Şəhər Halqası”nın təşkilat komitəsinin nümayəndələri, eləcə də 40-a yaxın turizm şirkəti və mehmanxana təmsil olunub.

   Sərgidə Azərbaycanın turizm potensialı 90 kvadratmetr sahəni əhatə edən milli stenddə nümayiş olunub. Stendi ziyarət edənlərə ölkəmizin turizm infrastrukturu, o cümlədən mədəni turizm imkanları ilə bağlı rusingilis dillərində müxtəlif reklam-çap məhsulları təqdim olunub.

   Beynəlxalq sərginin rəsmi açılış mərasiminə həsr olunmuş ziyafətdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Leyla Verdiyeva çıxış edərək qonaqları ölkəmiz adından salamlayıb. Ziyafət zamanı qonaqlar Azərbaycanın aparıcı şirə və şərab emalı şirkətləri olanAz Qranata” və “Aspi Winery” şirkətlərinin istehsal etdikləri içkilərin dadına da baxıblar.

   Qeyd edək ki, 2002-ci ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyiyerli turizm şirkətləri "MİTT" beynəlxalq turizm sərgisində iştirak edir. Dünyanın beş ən böyük turizm sərgisindən biri sayılan "MİTT" sərgisində bu il 150-dən çox ölkədən 2 minə yaxın şirkət təmsil olunub.

 

 

Mədəniyyət.- 2017.- 17 mart.- S.9.