Şair Sabir Sarvan dünyasını dəyişib

 

  

   Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri, şair Sabir Sarvan martın 14-də, 61 yaşında dünyasını dəyişib.

   Sabir Sarvan (Sabir Soltan oğlu Məlikov) 1956-cı ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. Yeniyetmə vaxtından ədəbiyyata meyli olub. 1970-ci ildəBirlik“ rayon qəzetində ilk şeiri işıq üzü görüb. 1977-ci ildə indiki Mədəniyyət İncəsənət Universitetinin Dram kino aktyorluğu fakültəsini bitirib. Universitetin Tədris teatrında, Lənkəran Dövlət Dram Teatrında çalışıb. 1988-ci ildən mətbuat sahəsində fəaliyyət göstərib, “Gənclikjurnalında şöbə müdiri, baş redaktorun müavini işləyib. 1996-cı ildən Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri idi.

   Gördüyüm göy üzü, baxdığım işıq”, “Çıx qaranlıqdan”, “Gəldi qürub”, “Özümü sözə çevirdim” adlı şeir kitablarının müəllifidir.

   Şeirlərinin birində belə yazırdı:

   İçi qan çanağı, özü nağılsa,

   Tüküm də tərpənməz dünya dağılsa.

   Tərk edib gedərdim ağlıma qalsa,

   Di gəl ki, ürəyim tərsinə çəkir.

  

   Sabir Sarvan doğulduğu kənddə dəfn olunub.

   Allah rəhmət eləsin.

 

 

Mədəniyyət.- 2017.- 17 mart.- S.15.