İranlı musiqiçinin
Qarabağda konserti ilə
bağlı etiraz məktubu göndərilib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iranlı musiqiçi Meysam Hodratın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində konsert verməsinə münasibət bildirib.
Nazir
deyib ki, bununla bağlı müvafiq
dövlət orqanları adından etiraz məktubu
ünvanlanıb: “Müvafiq dövlət
orqanları adından etirazlarımızı bildirmişik.
İranın müvafiq dövlət
orqanlarına və Xarici İşlər
Nazirliyinə məktub ünvanlanmışıq”. Martın
27-də iranlı musiqiçi Meysam Hodrat Azərbaycan işğal altında olan
Dağlıq Qarabağ ərazisində
konsertdə iştirak edib.
Mədəniyyət.- 2017.- 29 mart.-
S.2.