Kinooperator Əlisəttar Atakişiyevin xatirəsi anılacaq
Martın 29-da Dövlət Film Fondunda tanınmış kinooperator və rejissor, Əməkdar incəsənət xadimi Əlisəttar Atakişiyevin
(1906-1990) xatirəsi anılacaq.
Mədəniyyət və Turizm
Nazirliyi və Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqı
ilə birgə gerçəkləşəcək tədbir çərçivəsində
sənətkarın həyat
və yaradıcılığına
həsr olunmuş fotosərgi açılacaq.
Əlisəttar Atakişiyevin milli
kinomuzun inkişafında
xidmətləri vurğulanacaq,
sənət adamları
onunla bağlı xatirələrini bölüşəcəklər.
Qeyd edək
ki, Ə.Atakişiyev
“Arşın mal alan”
(1945), “Fətəli xan”, “O olmasın, bu olsun”, “Uzaq
sahillərdə” kimi filmlərin quruluşçu operatoru,
“Bir qalanın sirri”, “Sehrli xalat”, “Bizim küçə” və s.
ekran əsərlərinin quruluşçu
rejissorudur.
Mədəniyyət.- 2017.- 29 mart.-
S.2.