Tələbələr beynəlxalq incəsənət
festival-müsabiqəsinin qalibi olublar
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Avropa Müsabiqə Komitəsinin, İtaliyanın “Testene Art” Beynəlxalq Mədəniyyət Assosiasiyasının, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin, C.Hacıyev adına 3 nömrəli musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Testene Art Baku” beynəlxalq incəsənət festival-müsabiqəsi keçirilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) bildiriblər ki, yarışmada Musiqi sənəti fakültəsinin birinci kurs tələbələri Şərif Şərifov, İlqar Allahverdiyev, Ramazan İbadov və Nuru Göyüşov iştirak ediblər. 350-dək iştirakçının qatıldığı müsabiqədə Ş.Şərifov, R.İbadov birinci, İ.Allahverdiyev, N.Göyüşov isə ikinci yerə layiq görülüblər.
Rusiyanın
Əməkdar incəsənət xadimi, musiqişünas Qalina Preobrajenskaya müsabiqənin müxtəlif nominasiyalar və yaş
kateqoriyaları üzrə aparıldığını, tədbirə
müxtəlif ölkələrdən müxtəlif
yaradıcı kollektivlərin dəvət olunduğunu
söyləyib, iştirakçılara uğurlar
arzulayıb.
Mədəniyyət.- 2017.- 29 mart.-
S.4.