Əməkdar artist Firuz Xudaverdiyev vəfat edib
Əməkdar artist Firuz Xudaverdiyev
martın 28-də dünyasını
dəyişib.
Firuz Xudaverdiyev 1939-cu il
iyulun 8-də Bakının
Qobu kəndində anadan olub. Azərbaycan Dövlət
İncəsənət İnstitutunun
Dram və kino aktyorluğu fakültəsini
bitirib.
1976-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına qəbul olunub və bir çox tamaşalarda müxtəlif
səpkili obrazlar yaradıb. 2002-ci ildə
Azərbaycan Respublikasının
Əməkdar artisti fəxri adına
layiq görülüb.
F.Xudaverdiyev həmçinin 20-dən çox
film və televiziya tamaşasında (“Pəncərədə
işıq”, “Biz qayıdacağıq”,
“Günaydın, mələyim”
və s.) çəkilib.
Mərhum doğulduğu kənddə
dəfn edilib.
Allah rəhmət
eləsin.
Mədəniyyət.- 2017.- 29 mart.-
S.4.