Xırdalan musiqi məktəbinin
bayram səfəri
Gürcüstandakı
M.F.Axundzadə adına
Azərbaycan Mədəniyyəti
Muzeyinin dəvəti və Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə Abşeron rayon Xırdalan şəhər
onbirillik Uşaq musiqi məktəbinin kollektivi 17-21 mart tarixində
Gürcüstanın Tbilisi və Marnueli şəhərlərində Novruz
bayramı tədbirlərində
iştirak edib.
Bayram tədbirlərinə muzeydə
açılmış “Bahar
rəngləri” adlı
sərgi ilə start verilib. Sərgi Gürcüstanın Mədəniyyət və
Abidələrin Mühafizəsi
Nazirliyi, Azərbaycanın
bu ölkədəki səfirliyi və SOCAR-ın dəstəyi ilə reallaşıb.
Muzeyin direktoru, Azərbaycanın
Əməkdar mədəniyyət
işçisi Leyla Əliyeva sərginin əhəmiyyətindən danışıb.
Xalçaçılıq, dulusçuluq, məişət
əşyaları, musiqi
alətləri və rəsm əsərlərinin
nümayiş etdirildiyi
sərgi tədbirə
qatılanlar tərəfindən
maraqla qarşılanıb.
Sonra Xırdalan şəhər
musiqi məktəbinin
kollektivi Əməkdar
müəllim İkram
Manafovun rəhbərliyi
ilə maraqlı konsert proqramı ilə çıxış
edib. Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirinin müşaviri Georgi Qeqeçqoriya, Azərbaycanın
Gürcüstandakı səfirliyinin
I katibi Elçin Məmmədov və başqaları məktəbin
kollektivinə öz təşəkkürlərini bildiriblər.
Musiqi məktəbinin kollektivi
həmçinin Tbilisi və
Marnuelidə açıq
meydanda şəhər
rəhbərliklərinin iştirakı
ilə keçirilən
tədbirlərdə də
maraqlı və rəngarəng konsert proqramı ilə çıxış edib.
Lalə
Mədəniyyət.- 2017.- 29 mart.-
S.6.