Milli Kitabxanada mart soyqırımına həsr
olunmuş sərgi
Martın 30-da Milli Kitabxanada
“31 mart Azərbaycanlıların soyqırımı günüdür”
mövzusunda kitab sərgisinin açılışı
oldu.
Tədbiri Milli Kitabxananın
direktoru Kərim Tahirov açdı, ölkəmizin müstəqilliyi,
suverenliyi yolunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Direktor 1918-ci ilin mart ayından başlayaraq Bakı şəhərində və
onun ətraf kəndlərində, eləcə
də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, Qarabağ,
Naxçıvan və
digər bölgələrdə
erməni-daşnak və
bolşevik dəstələrinin
azərbaycanlılara qarşı
törətdikləri qırğınlardan
danışdı. Bildirdi ki,
rəsmi mənbələrə
əsasən, soyqırımı
nəticəsində on minlərlə
azərbaycanlı qətlə
yetirilib, itkin düşüb, yaşayış
məntəqələrimiz dağıdılıb. Qubada aşkar
olunmuş kütləvi
məzarlıqda müxtəlif
yaş qruplarına
aid 400-dən çox insan
cəsədinin qalıqları
aşkar olunub.
Bildirildi ki, Azərbaycan
Xalq Cümhuriyyəti
dövründə soyqırımı
qurbanlarının xatirəsinə
31 mart matəm günü
kimi qeyd edilib, sovet dövründə
isə bu tarix unutdurulub. Ümummilli lider Heydər Əliyevin 26 mart
1998-ci il tarixli fərmanı ilə həmin hadisələrə siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların
soyqırımı günü”
elan olunub.
Diqqətə çatdırıldı ki,
XX əsrdə azərbaycanlılar
ermənilər tərəfindən
dörd dəfə
(1905-1906, 1918-1920, 1948-1953, 1988-1993) kütləvi
qırğınlara, soyqırımına
və etnik təmizləmə siyasətinə
məruz qalıblar.
Bu tarixi həqiqətlərin,
o cümlədən Xocalı
soyqırımının dünya
miqyasında tanınması
istiqamətində həyata
keçirilən işlər,
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü
gerçəkləşən “Xocalıya ədalət” kampaniyası mühüm əhəmiyyət kəsb
edir.
Kitabxananın əməkdaşı Qızılgül Yusifova və digərləri mart soyqırımının tarixindən
və acı nəticələrindən söz
açdılar.
Tədbir iştirakçıları mövzu
ilə bağlı kitab və dövri
mətbuat materiallarından
ibarət sərgi ilə tanış
oldular.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 3 1mart.-
S.3.