Şuşa teatrı hərbi hissədə
tamaşa göstərib
Şuşa Dövlət Musiqili Dram Teatrı martın 30-da Türkan qəsəbəsindəki hərbi hissədə 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar anım mərasimi keçirib. Mərasimin bədii hissəsində Enurə Abdullayevanın “Ağ qayıq” tamaşası göstərilib.
Tamaşanın
quruluşçu rejissoru
Samir Qulamov, quruluşçu rəssamı Mahir
Cananov, musiqi tərtibatçısı
Aygün Zeynalovadır. Əsas rollarda Dürdanə Dünyamalıyeva və Gündüz Qasımov, digər rollarda əməkdar Artistlər Şükufə
Musayeva, Azad Məmmədov,
Nazir Rüstəmov və başqaları
çıxış edib.
Mədəniyyət.- 2017.- 31 mart.-
S.2.