Azərbaycanın paytaxtı turistləri valeh edir

 

 

 

   Rusiya saytında Bakı haqqında məqalə

  

   Moskvadan təyyarə ilə üçsaatlıq yol budur, Şərq nağılı - Bakı şəhəri. türk, ərəb, bizim postsovet şəhəri. Alışdığımız rus dili, sovet filmlərindən tanış gələn yerlər, paxlava ətirli pomidorlar”.

   Rusiyanın Lenta.ru saytı Azərbaycan paytaxtı haqqında belə yazır.Mersi, Baku! Azərbaycanın paytaxtı turistləri necə valeh ediradlı məqalədə deyilir ki, Bakı təmizlikdə nümunəvi şəhərdir.

   Müəllif Bakının tarixi ilə tanışlığaAtəşgah məbədiqoruğundan başlayır. Yazıda nadir tarixi abidə adlandırılanAtəşgah məbədihaqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, minlərlə turistin ziyarət etdiyi daha bir abidəYanardağ”dır. TuristlərYanardağ”ın fonunda selfi çəkdirmədən oradan ayrılmırlar.

   İçərişəhər isə Bakının incisidir. O dar küçələri bütün gün gəzməyə hazıram”, - deyə müəllif yazır. Diqqətə çatdırılır ki, məhz burada məşhurBrilyant əlfilmi lentə alınıb. Oxucuların diqqətini möhtəşəm Şirvanşahlar sarayına çəkən müəllif vurğulayır ki, ildə bu kompleksi on minlərlə turist ziyarət edir.

   Məqalədə Bakının ən məşhur tarixi abidəsi olan Qız qalasının tarixindən bəhs edilir. Məlumat verilir ki, paytaxtımızın rəmzi hesab olunan Qız qalası 2000-ci ildən UNESCO-nun Dünya irs siyahısına daxil edilib. Müəllif yazır ki, Bakının bir tərəfində İçərişəhərin istehkam divarları, digər tərəfində isə göydələnlər xarici qonaqları valeh edir.

   Qeyd edilir ki, turistlərin fotoşəkillər çəkdirmək üçün gedəcəyi daha bir mədəni istirahət yeri Dağüstü parkdır. Dağüstü parkdan şəhərə Bakı buxtasına ecazkar mənzərə açılır. Azərbaycanın milli mətbəxinə səyahət edən müəllif düşbərə, qutab, dolma, plov, ələlxüsus da kabab kimi təamlardan dadmağı tövsiyə edir.

   Məqalədə Bakının alış-veriş üçün sevimli bir məkana çevrildiyi də vurğulanır, bu il aprelin 10-dan mayın 10-dək ilk dəfə Bakı Şopinq Festivalının keçiriləcəyi diqqətə çatdırılır.

 

Mədəniyyət.- 2017.- 31 mart.- S.8.