Tarixin qan
yaddaşı
Xaçmaz rayon Mərkəzi kitabxanasında 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar kitab sərgisi təşkil olunub. Kitab sərgisində tariximizin qan yaddaşından, 1918-ci ilin martında, eləcə də XX əsr boyu müxtəlif dövrlərdə erməni quldur dəstələri tərəfindən azərbaycanlı əhaliyə qarşı həyata keçirilmiş qırğınlardan bəhs edən tarixi ədəbiyyat, mövzu ilə bağlı kitablar nümayiş olunub.
Xudat şəhər 22 saylı kitabxana filialında da Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar anım tədbiri keçirilib. Kitabxana filialının müdiri Q.Zalova, kitabxana əməkdaşları F.Əhmədova, S.Arzumanova ötən əsrin əvvəllərindən başlayaraq erməni millətçilərinin xalqımıza qarşı apardıqları soyqırımı siyasətindən söz açıblar. Ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla hər il martın 31-də Azərbaycanlıların soyqırımı gününün qeyd edildiyi, bu tarixin heç vaxt unudulmayacağı vurğulanıb.
* * *
Goranboy
rayon Mərkəzi kitabxanasının oxu zalında Azərbaycanlıların
soyqırımı ilə əlaqədar “Tarixin
qara səhifəsi” mövzusunda
dəyirmi masa keçirilib.
Oxu
zalının müdiri Sevda
Əliyeva, MKS-nin Kitabxana-biblioqrafiya
proseslərinin avtomatlaşdırılması şöbəsinin
müdiri Aygün
Əliyeva, Metodika və biblioqrafiya
şöbəsinin müdiri Təzəgül
Abbasova, Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı İlqar
Əhmədov tariximizin bu
qanlı səhifəsi barədə danışıblar.
Tədbir iştirakçıları “31 mart
- Azərbaycanlıların soyqırım günüdür”
başlıqlı sərgi ilə tanış olublar.
Mədəniyyət.- 2017.- 31 mart.-
S.15.