Primitivizm - dünyaya sadəlövh, səmimi yanaşma
Primitivizim dünya rəssamlığında
çox yayğın
cərəyanlardan biridir.
Bu cərəyan özünün səmimiliyi,
sadəliyilə diqqəti
çəkir. Qabaqlar adətən
daha çox sənət təhsili almayanlar primitivizmlə məşğul olurdular.
Ancaq sonradan peşəkar təhsil almış rəssamların çoxu
bu cərəyanın
inkişafında böyük
rol oynadılar.
Primitivizimin öz qaydaları
var. Adətən burada
perspektiv və kölgə olmur, əsərdəki obrazlar akademizmdən çox uzaqdır. Primitivizm təkcə bayağı,
sadə çəkmək
deyil, həm də elə düşünməkdir. Ona görə
ki, dünyanı və gerçəkliyi səmimi şəkildə
dərk etmədən
belə əsərlər
yaratmaq olmaz. Burada sadəlik və səmimiliklə yanaşı,
dünyaya romantik, yumorlu yanaşma da var. Belə əsərlərdə tamaşaçının
diqqətini həm də ən çox əsərdəki
sakitlik və məsumluq çəkir.
XIX yüzilin
ikinci yarısında yaranan primitivizm cərəyanının ən
tanınmış ustaları
fransız Henri Rousseau (1844-1910) və amerikan Grandma Mosesdir (1860-1961). Primitivistlər istər kompozisiya, istərsə də rəng baxımından əsərlərini çox
sadə işləyirlər.
Onlar rəngləri qarışdırmaz,
çoxçalarlığa getməz, yumşaq tonlardan daha çox istifadə edər, kompozisiyalarda hərəkətliyə geniş
yer verməzlər.
Deyilənə görə, əsasən
boş vaxtlarını
keçirmək üçün
rəsm çəkən
həvəskar rəssamlar
bu cərəyanın
əsasını qoyublar.
Di gəl ki,
ilk baxışda nə
qədər peşəkar
sayılmasa da, onu yaratmağın özü sənətkardan
yüksək bacarıq
istəyir. Primitivistlər sənəti hazırlıqsız
tamaşaçının dərk
edə biləcəyi
səviyyədə təqdim
etməyi bacarırlar.
Belə əsərlərə baxanda
ilk olaraq onun sanki hansısa uşaq tərəfindən
çəkildiyi düşünülür,
həm də istənilən insanda “mən də bunu çəkə bilərəm” fikrini yaradır. Bu işlərdə sezilən,
incə bir yumor da diqqətdən
qıraqda qalmır.
Əvvəllər primitivistləri bacarıqsızlıqda
lağa qoyur, ələ salırdılar.
Səbəb onların akademik
qaydalardan uzaq olan üslubu ilə bağlı idi. Tamaşaçılarda elə düşüncə
yaranırdı ki, primitivistlər başqaları
kimi akademik çəkə bilmirlər.
Sonradan tarix göstərdi ki, hətta peşəkar rəssamlıq
təhsili almış
bir çox rəssamlar primitivist olmağı üstün tutdular.
Primitivistlərin ilk sərgisi 1927-ci ildə Parisdə açılıb. Sonralar
Sürixdə, Nyu-Yorkda
bu tərzdə çalışan rəssamların
sərgiləri keçirildi.
Dünyanın məşhur primitivistərindən
biri gürcü Niko Pirosmanaşvilidir.
O, 1862-ci ildə Azərbaycanın
Zaqatala dairəsinin Tasmalı kəndində (indiki Qax rayonunun
Tasmalı kəndi) ingiloy kökənli Aslan Pirosman oğlunun ailəsində anadan olub. N.Pirosmanaşvili rəssamlığı təkbaşına
öyrənib, çətin
bir ömür yaşayıb. Bir qarın
yeməkdən ötrü
kafelərə rəsmlər
çəkər, rəng
almaq üçün
ən ağır işləri görərdi.
İndi gürcülər ona böyük dəyər verərək dünya səviyyəli rəssam kimi tanıdırlar.
Rusiyada isə bu cərəyanın ən tanınmış nümayəndələri
günümüzdə yaşayıb-yaradan
Valentin Qubarev və Vladimir Lubarovdur.
Onlar rus kənd həyatını,
məişətini sadə,
səmimi boyalarla əks etdirirlər.
Azərbaycanda da müstəqillikdən
sonra primitivizm yayılmağa başladı.
Rəssamlar Eldar Qurban, Altay Sadıqzadə,
Əmrulla İsrafilov
və başqaları
bu cərəyanın
nümayəndələri sayılır.
S.Qaliboğlu
Mədəniyyət.- 2017.- 31 mart.-
S.16.