Polad Bülbüloğlu
Türkmənistanın Xalq artisti adına layiq görülüb
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun fərmanı ilə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, görkəmli müğənni və bəstəkar Polad Bülbüloğluya Türkmənistanın Xalq artisti adı verilib.
Fərmanda
deyilir ki, Polad Bülbüloğlu bu yüksək fəxri ada
Türkmənistan və Azərbaycan xalqları arasında dostluq, qardaşlıq, mehriban
qonşuluq və əməkdaşlıq
münasibətlərinin, iki dövlət
arasında mədəni və humanitar sahələrdə
dialoqun möhkəmlənməsində
xidmətlərinə, istedadına, mahnı-musiqi sənətinin
inkişafında uğurlarına görə layiq
görülüb.
Mədəniyyət.- 2017.- 3 may.-
S.5.