Əməkdar artistin 60 illiyi qeyd edilib
Aprelin 28-də Azərbaycan Teatr Xadimləri İttifaqında Əməkdar
artist Rəhman Rəhmanovun
anadan olmasının
60 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə qonaqlar aktyorun
həyat və yaradıcılığını əks etdirən fotosərgiyə baxıblar.
Sonra yubilyarın sənət
yolundan bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə Azərbaycan Teatr
Xadimləri İttifaqının
sədri, Xalq artisti Azər Paşa Nemət çıxış edərək
aktyorun yaradıcılığından
söz açıb.
Vurğulanıb ki, yaradıcılığının
böyük bir hissəsini kukla sənəti ilə bağlayan Rəhman Rəhmanov koloritli çıxışları ilə
hər zaman tamaşaçılar tərəfindən
sevilib. O, “Cırtdan”,
“Qaravəlli”, “Qoçaq
Polad”, “Meşə nağılı”, “Əkiz
qardaşlar”, “Əzablı
günlərin sonu”, “Keçinin qisası”, “Ələddin” və digər səhnə əsərlərində yaddaqalan
obrazlar qalereyası yaradıb. Diqqətə çatdırılıb ki, R.Rəhmanov 2006-cı ildə Monotamaşalar festivalında “Şəngülüm,
Şüngülüm” tamaşasında
ifa etdiyi rola görə “Qızıl dərviş”
mükafatına layiq görülüb.
Aktyorun sənət dostları
çıxış edərək
onun yaradıcılıq
fəaliyyətindən və
insani keyfiyyətlərindən
danışıblar, onun
müxtəlif ekran əsərlərində yaratdığı
maraqlı obrazların
da tamaşaçı
rəğbəti qazandığı
vurğulanıb.
Sonra R.Rəhmanov
çıxış edərək tədbirin təşkilində
əməyi olan hər kəsə təşəkkürünü
bildirib.
Mədəniyyət.- 2017.- 3 may.-
S.6.