İstedadlı pianoçu
Praqada beynəlxalq müsabiqənin qalibi olub
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının I kurs tələbəsi, pianoçu Fidan Mirheydərzadə Praqada beynəlxalq müsabiqənin qalibi olub.
Gənc pianoçunun müəllimi dosent Elnarə Kəbirlinskaya tələbəsinin uğurundan fərəhlənərək deyib: “Müsabiqəyə qısa zamanda hazırlaşdıq. Repertuara T.Quliyevin virtuoz əsəri “Qaytağı”nı da əlavə etdik. Əsər olduqca uğurlu təqdim olunduğundan münsiflər heyəti və auditoriya tərəfindən maraqla qarşılandı və sevildi. Hətta əsərin notlarını da istədilər. Bu həm də musiqimizin beynəlxalq arenada daha bir təbliğidir”.
F.Mirheydərzadə
isə səfər təəssüratlarını belə bölüşüb: “Münsiflərin hər
biri fərqli ölkələrdən idi. Müsabiqədə bir
çox nominasiya
üzrə rəqabət var idi. Mən pianoçular
arasında qalib oldum və
qala-konsertdə çıxış etdim.
Bu, beynəlxalq müsabiqədə ilk qalibiyyətimdir. Qarşıda yeni müsabiqələrə hazırlıq gedir. Qalibiyyətimin davamlı olması üçün çox
çalışacağam”.
Mədəniyyət.- 2017.- 3 may.-
S.6.