Rəqs gözəllik və
sağlamlıqdır
Qax rayonu Zəyəm kənd Mədəniyyət evində 29 aprel - Beynəlxalq rəqs günü münasibətilə “Rəqs gözəllik və sağlamlıqdır" mövzusunda gecə keçirilib. Mədəniyyət evinin direktoru F.Ramazanov Beynəlxalq rəqs gününün tarixindən danışıb, milli rəqs sənətimizdən söz açıb. Mədəniyyət evinin rəqs dərnəyinin üzvləri milli rəqsləri ifa ediblər. Tədbir “Yallı” rəqsi ilə başa çatıb.
* * *
Zaqatala
Dağlı kənd folklor evində Folklor evi və kənd
kitabxanası ilə birgə Beynəlxalq rəqs gününə
həsr olunmuş "Rəqs gözəllikdir,
sağlamlıqdır" mövzusunda tədbir
təşkil olunub. Folklor
evinin rəqs dərnəyi üzvlərinin
ifasında Azərbaycan və dünya
xalqlarının rəqsləri tamaşaçıların zövqünü oxşayıb.
Mədəniyyət.- 2017.- 3 may.-
S.11.