Dövlət bayraqları miniatür
xalçalarda
“İslam həmrəyliyi ili”
münasibətilə sərgi
Lerik Dövlət Rəsm Qalereyasında “İslam həmrəyliyi ili” münasibətilə yerli sənətkar, miniatür xalçaçı və dekorativ-tətbiqi sənət ustası İlqamət Hadiyevin əl işlərindən ibarət sərgi təşkil olunub.
Lerik
Dövlət Rəsm Qalereyasının direktoru
Mükafat Yaqubovun
bildirdiyinə görə, sənətkar 25 ölkənin
dövlət bayrağının miniatür
xalçalarını toxuyub və
onları dekorativ çərçivələrlə
bəzəyib. Eyni zamanda
Azərbaycanın milli musiqi
alətləri olan tar,
kaman və qavalı ustalıqla, miniatür şəkildə düzəldərək
sərgiyə təqdim edib. Xalq sənətkarının əl işləri
üç gün qalereyada nümayiş olunub və ziyarətçilər tərəfindən
böyük maraqla
qarşılanıb.
Mədəniyyət.- 2017.- 3 may.-
S.11.