Tanınmış hərbi dirijor,
sənətşünas alim
Niyazi Kərimovun 90 illik yubileyi qeyd edildi
Mayın 2-də
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyində F.Əmirov
adına 6 saylı onbirillik Uşaq incəsənət məktəbi
ilə birgə peşəkar hərbi dirijor, sənətşünaslıq
namizədi, Böyük
Vətən müharibəsi
veteranı Niyazi Kərimovun 90 illiyinə həsr edilən xatirə tədbiri keçirildi.
Tədbir incəsənət məktəbi şagirdlərinin
ifasında hərbi marşlardan parçalarla
açıldı.
Muzeyin direktoru, Əməkdar
mədəniyyət işçisi
Alla Bayramova çıxış edərək
sənətkarın yaradıcılıq
yolundan söz açdı. Bildirdi
ki, Niyazi Kərimov dirijorluq sənətinin inkişafı
yolunda böyük əmək sərf edib, özündən sonra zəngin bir irs qoyub.
Milli Konservatoriyanın nəzdində
Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi Nazim Kazımov bildirdi ki, Niyazi
Kərimov çətin
və şərəfli
sənət yolu keçib, tələbəlik
illərindən başlayaraq
istedadı və təşəbbüskarlığı ilə fərqlənib.
Bəstəkarlar
İttifaqının katibləri,
əməkdar incəsənət
xadimləri Zemfira Qafarova, Sərdar Fərəcov, Azərbaycan
Hərb Tarixi Muzeyinin rəisi, polkovnik Əzizağa Qənizadə, Ü.Hacıbəyli
adına BMA-nın professoru İmruz Əfəndiyeva, sənətşünaslıq
doktoru, professor Telman Hacıyev çıxış
edərək Niyazi Kərimovun insani keyfiyyətlərindən və
sənətə qırılmaz
tellərlə bağlılığından
söz açdılar.
Çıxışlardan sonra söz
musiqiyə verildi.
Görkəmli bəstəkarlar
Z.Bağırovun “Kiçik
rapsodiya”, F.Əmirovun
“Çeşmə başında”,
P.Çaykovskinin “İlin
fəsilləri”, T.Quliyevin
“Dostluq haqqında mahnı”, S.Fərəcovun
“Rəqs” və başqa əsərlər
Ü.Hacıbəyli adına
BMA-nın tələbələri
və F.Əmirov adına 6 saylı onbirillik UİM-in şagirdlərinin
ifasında səsləndirildi.
Sonda Niyazi Kərimovun
qızı Adilə Yusifova çıxış
edərək tədbirin
təşkilatçılarına və iştirakçılarına
dərin təşəkkürünü
bildirdi.
Savalan
Mədəniyyət.- 2017.- 3 may.-
S.15.