Maestronun ev-muzeyində anım gecəsi
L. və
M.Rostropoviçlərin Bakıdakı
ev-muzeyində “M.Rostropoviçsiz
10 il” adlı xatirə gecəsi keçirilib. Tədbirə maestronun qızı, Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç və fondun nümayəndələri
də fəxri qonaq qismində qatılıb.
Gecəni muzeyin direktoru,
Əməkdar mədəniyyət
işçisi Şeyla
Heydərova açaraq
paytaxtımızda 9-cu dəfə
keçirilən Beynəlxalq
Rostropoviç festivalının
tarixindən, muzeydə
maestroya həsr edilmiş anım günlərindən, ithaf
konsertlərindən bəhs
edib. Direktor Olqa Rostropoviçə
muzeyə göstərdiyi
qayğı və diqqətə görə minnətdarlığını bildirib.
Qonaqlar muzeyin ekspozisiyası, o cümlədən Beynəlxalq
Rostropoviç festivalı
ilə eksponatlarla tanış olublar.
Tədbirdə
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının müəllim
və tələbələri
maestroya ithaf edilmiş konsert proqramı ilə çıxış edib.
Əməkdar incəsənət
xadimi, professor Nəzmiyə
Abbaszadənin bədii
rəhbərliyi ilə
gerçəkləşən proqramda Əməkdar
artist Aleksey Miltıx, beynəlxalq
və respublika müsabiqələri laureatları
S.Tağızadə, M.İbrahimov,
O.Hüseynov, BMA-nın
tələbələrindən ibarət kvartet tərəfindən A.Vivaldi,
F.Şopen və R.Şumanın əsərləri
ifa olunub.
Həmçinin ötən 10 ildə
muzeydə təşkil
olunan tədbirlərin
xronikasından fraqmentlər,
muzeyin fəaliyyətini
əks etdirən, muzeyin zəngin fondundan seçilmiş şəkillərdən ibarət
slayd-şou nümayiş
olunub.
Sonda Mstislav Rostropoviç Fondunun nümayəndəsi ev-muzeyinin
direktoruna minnətdarlığını bildirib.
Mədəniyyət.- 2017.- 3 may.-
S.15.