Dünya və Azərbaycan bəstəkarlarının
əsərləri səsləndirilib
Azərbaycan Dövlət Filarmoniyasının nəzdində olan Kamera və orqan musiqisi zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş konsert təşkil edilib.
Musiqili gecə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.
Konsertdə
H.Sarabski adına məktəbin şagirdləri
Xalq artisti Teymur Göyçayevin rəhbərliyi
altında Q.Qarayev adına Azərbaycan
Dövlət Kamera Orkestrinin
müşayiəti ilə Azərbaycan və dünya
bəstəkarlarının əsərlərini səsləndiriblər.
Mədəniyyət.- 2017.- 5 may.-
S.5.