Gənc pianoçunun zəfərli Avropa turnesi
Bakı Şəhər Mədəniyyət
və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli Musiqi məktəbinin fortepiano ixtisası
üzrə IV sinif şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı
Şirin Əmiraslanova
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə 18-29 aprel tarixində üç Avropa ölkəsində müsabiqələrə
qatılaraq ölkəmizi
layiqincə təmsil edib.
Şirin Parisdə 18-21 aprel
tarixində keçirilmiş
III Beynəlxalq “Ville de Gagny”
müsabiqəsində müxtəlif
yaş kateqoriyaları
üzrə 20-dən çox
ölkənin nümayəndələri
arasında öz nominasiyası üzrə
II yerə layiq görülüb.
Belçikanın paytaxtı Brüsseldə
20-24 apreldə keçirilən
“Merci Maestro” adlı iki
mərhələli müsabiqədə
38 iştirakçıdan 13-ü finala çıxıb.
Öz kateqoriyası üzrə finalçılar
arasında yer alan təmsilçimiz
fəxri diplomla təltif olunub.
Şirin
Xorvatiyanın Varazdin şəhərində
daha bir
yarışmada gücünü
sınayıb. Xorvat pianoçusu
Jurika Murainin xatirəsinə
həsr olunmuş müsabiqə 7 nominasiya üzrə keçirilib.
Ş.Əmiraslanova 200-dən çox
iştirakçı arasında öz “A” qrupunda 97,80 balla müsabiqənin
birincisi seçilərək laureat adını qazanıb. O, münsiflər
heyətinin razılığı ilə yarışmada
göstərdiyi performansa görə
müsabiqənin sponsoru “Yamaha”nın təqdim
etdiyi “P45B Yamaha”
markalı fortepiano ilə
mükafatlandırılıb. Yeniyetmə pianoçu
29 aprel tarixində keçirilən
qala-konsertdə V.A.Motsartın “Sonata” və
K.Debüssinin “Doctor Gradus and Parnassum”
əsərlərini məharətlə ifa
edib. Qeyd edək ki, Şirinin müəllimi
Siala Sinamdzqvarişvilidir.
Mədəniyyət.- 2017.- 5 may.-
S.5.