“XXI əsrdə
muzeyin idarə edilməsi”
Tvinninq layihəsi üzrə növbəti treninq
Mayın 2-də
Avropa İttifaqı ilə Mədəniyyət
və Turizm Nazirliyinin birgə həyata keçirdiyi Tvinninq layihəsi çərçivəsində muzey işçiləri üçün “Dəyişikliyin
gətirdiyi çətinliklər:
XXI əsrdə muzeyin
idarə edilməsi” mövzusunda təlim kursu başlayıb.
Tədbiri Tvinninq layihəsinin
Azərbaycandakı italyan
koordinatoru Alessandro Bianki
və nazirliyin Mədəniyyət müəssisələri
və xalq yaradıcılığı şöbəsinin
müdiri Fikrət Babayev açıb.
Seminar-treninqdə strateji planlaşdırma, sərgilərin
təşkili, heyətin
idarə edilməsi, muzeylərdə sosial məsuliyyət və marketinq kimi mövzular daxil olmaqla muzey idarəçiliyi
müxtəlif aspektlərdən
təsvir ediləcək.
Təlimdə İçərişəhər Dövlət tarix-memarlıq qoruğu muzeyləri, Qala Dövlət tarixi-etnoqrafik qoruğu, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz, Azərbaycan Xalça Muzeyi, Milli İncəsənət, Tarix, Teatr, İstiqlal, Musiqi Mədəniyyəti muzeyləri, Muzey Mərkəzi, Bakıdakı bir sıra ev və xatirə muzeylərinin, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri iştirak edir.
Üçgünlük treninqin sonunda iştirakçılara sertifikat təqdim olunacaq.
Mədəniyyət.- 2017.- 5 may.-
S.6.