Bakı Şopinq Festivalı davam edir
Aprelin 10-da start verilən Bakı Şopinq Festivalı artıq sona yaxınlaşmaqdadır.
Mayın
10-dək davam edəcək
festivalın təşkilatçısı
Mədəniyyət və
Turizm Nazirliyinin nəzdində fəaliyyət
göstərən Azərbaycan
Konqreslər Bürosudur.
Eyni zamanda Vergilər Nazirliyi və digər aidiyyəti qurumlar bu işdə
yaxından iştirak edir. Festivala qoşulmuş paytaxt
mağazalarında dünya
brendlərinin məhsulları,
eləcə də yerli mallar endirimli
qiymətlərlə alıcılara
təqdim olunur.
Şəhərimizin əsas ticarət
mərkəzlərindəki “Baku Shopping
Festival - Tax Free” stikerli mağazalarda
bunun bir daha şahidi olduq. Satıcılar ötən müddət
ərzində alıcı
çoxluğundan razılıqlarını
bildirirlər.
Brend mağazalardan birinin nümayəndəsi Asif Bağırov deyir ki, təmsil etdiyi mağazalar şəbəkəsi Bakı
Şopinq Festivalına
qatılaraq, yeni geyim kolleksiyasına 10 faiz endirim edib.
ƏDV-lərin də geri qaytarılması
isə alıcıların
marağını daha
da artırır.
Ətriyyat mağazalarından birinin satış direktoru Hüseyn Hüseynov deyir ki, xüsusi
seçilmiş məhsullara
70 faizədək endirim
olunub: “Bizim təqdim etdiyimiz məhsullara tələbat
yüksəkdir. Festival ərəfəsində isə
alıcılarımız daha
da artıb. Bundan çıxış edib deyə bilərəm ki, alıcılarımız
çox məmnundur”.
Mağazaların birində alış-veriş
edən Emin Məmmədovun fikirlərini
öyrənirik. Deyir
ki, ay ərzində bir neçə dəfə ticarət mərkəzlərinə baş
çəkirəm: “Mağazalarda
da endirimlər var. Üstəlik ƏDV-lərin
qaytarılması əlavə
fürsətdır. Ona görə
də Bakı Şopinq Festivalının
təqdim etdiyi imkanlardan istifadə etdim”.
İri ticarət mərkəzlərində
alınan malların əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması (“Tax free”) işinin
təşkili üçün
Vergilər Nazirliyinin məlumat köşkləri
qurulub. Vergilər
Nazirliyinin əməkdaşı
Tural Hüseynov ötən 3 həftə üzrə statistik məlumatları çatdırdı:
“Festivalın başlamasından
keçən 3 həftə
ərzində 13 min 420 elektron
hesab fakturası tərtib olunub. Satılan məhsulların dəyəri
isə 10 milyon 16 min
608 manat olub. 932 min 810 manat 40 qəpik
isə ƏDV qaytarılıb.
ƏDV-lərin də
867 min 60 manat 90 qəpiyi
yerli vətəndaşlara,
65 min 749 manat 50 qəpiyi
isə xarici vətəndaşlara qaytarılıb”.
Bakı Şopinq Festivalına
hansı mağazaların
qoşulduğu haqqında
məlumatı isə
ticarət mərkəzlərindən
əldə etmək olar. Hər bir ticarət
mərkəzində festival haqqında təşkilatçı
qismində çıxış
edən Azərbaycan Konqreslər Bürosunun əməkdaşları və
könüllülərin məlumat
verdiyi informasiya köşkləri var.
Bakı Şopinq Festivalının
könüllüsü Simuzər
Kazımova informasiya köşkünə gün
ərzində həm yerli, həm də xarici vətəndaşların yaxınlaşıb
məlumat almaq istədiyini deyir: “Maraqlananlara ƏDV-lərin
necə qaytarılması,
festivala qoşulan mağazalar və digər məlumatlar haqqında informasiya veririk. Həmçinin onları festival müddətində
təşkil olunan mədəni proqramlar barədə məlumatlandırırıq”.
Dünya xəbər saytlarının
diqqətində
Bakı Şopinq Festivalı
müxtəlif ölkələrin
xəbər saytlarının
da diqqətində qalmaqdadır.
Birləşmiş Ərəb Əmirliklərindəki
prlog.org saytında dərc
olunan “Azərbaycan
2017-ci ildə ərəb
səyahət bazarında
turizm təyinatı kimi irəli çıxır” sərlövhəli
məqalə də bu qəbildəndir.
Məqalədə qeyd olunur ki, Bakıda keçirilən Şopinq
festivalı kimi tədbirlər Azərbaycana
gələn turistlər
üçün xüsusi
bir imkandır. Festivalın ölkədə davamlı
keçiriləcəyini yazan
müəllif qeyd edir ki, bu,
turistlərə müxtəlif
fəsillərdə Bakının
qonağı olmaq imkanı yaradacaq.
Litvanın www.slaptai.lt saytında da “Baku Shopping Festival” barədə
məqalə dərc edilib. Saytın baş redaktoru
Gintaras Visotskasın müəllifi olduğu məqalədə deyilir ki, son bir ildə
Azərbaycana turist axını bir neçə dəfə artıb və bu, ən çox
müzakirə olunan mövzulardan birinə çevrilib. Bunun müsbət tərəflərdən
birincisi iqtisadiyyatın,
xüsusən pərakəndə
ticarət sektorunun inkişafıdır: “Xüsusən
aprelin 10-dan mayın
10-dək keçirilən Bakı
Şopinq Festivalı çərçivəsində alış-veriş etmək
sərfəlidir. Bir çox
qabaqcıl dünya brendlərinin malları
festival çərçivəsində nəinki sərfəli qiymətlərə təqdim
edilir, hətta 100 manat və daha
artıq ödədikdə
ƏDV geri qaytarılır.
Bu, əlbəttə ki, alış-verişi daha sərfəli edir”.
Yazıda vurğulanır ki,
Bakıda festivala qoşulmuş mağazalarda
qiymətlər dollar və
avro ilə ifadədə Dubay, İstanbul və Moskvadakına ya bərabər, ya da daha aşağıdır.
Buna “Tax Free” hesabına qənaət edəcəyiniz
vəsaiti də əlavə etsək, nəticə göz qabağındadır - indi
Bakıda şopinq etmək daha sərfəlidir.
Fariz Hüseynov
Mədəniyyət.- 2017.- 5 may.-
S.9.