Gənc ifaçının “Musiqili səyahət”i
Mayın 3-də Azərbaycan Milli Konservatoriyasında beynəlxalq və respublika müsabiqələri
laureatı, tarzən İbrahim Babayevin “Musiqili səyahət” adlı solo konserti keçirilib.
Konsertdən əvvəl Əməkdar
artist Ələkbər Ələkbərov,
konservatoriyanın dosenti
Səbuhi Cəfərov,
konsertin ideya müəllifi və aparıcı konsertmeysteri
Svetlana Əhmədova çıxış
edərək gənc tarzəni təbrik edib, yaradıcılıq uğurları arzulayıblar.
Konsertdə Azərbaycan və
dünya bəstəkarlarının
əsərlərindən ibarət
kompozisiya səsləndirilib.
Qeyd edək
ki, İbrahim Babayev “Kainat” Gənclik Mərkəzinin
təşkil etdiyi ifaçılıq
müsabiqələrində üzə çıxan istedadlardan biridir. Bu gənclər ölkəmizi xaricdə də
layiqincə təmsil edirlər. İ.Babayev
ötən il Daşkənddə keçirilmiş “Ana yurdun ahəngləri” xalq
çalğı alətləri ifaçılarının
beynəlxalq müsabiqəsində 1-ci yerə layiq
görülüb. Bu il isə Gənclər və İdman
Nazirliyi tərəfindən “İlin gənci” mükafatı ilə təltif
olunub.
Mədəniyyət.- 2017.- 5 may.-
S.10.