“Var şirin sözü Vaqifin”
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Sumqayıt şəhər Mərkəzi uşaq kitabxanasında Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə “Var şirin sözü Vaqifin” adlı ədəbi-bədii gecə keçirilib.
Kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova şairin yaradıcılığından danışaraq, onun Azərbaycan ədəbiyyatında və tarixində rolu haqqında məlumat verib.
Tədbir
İsmət Qayıbov adına 1 saylı tam
orta məktəbin şagirdlərinin
iştirakı ilə hazırlanmış bədii hissə ilə
davam etdirilib. Vaqifin qoşmaları saz
ilə səslənib, S.Vurğunun “Vaqif” dramından səhnəciklər nümayiş etdirilib.
Mədəniyyət.- 2017.- 5 may.-
S.11.