“Azərbaycanda
multikulturalizm” biblioqrafik
nəşrinin təqdimatı
Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzində (BBMM) Azərbaycan
Milli Kitabxanası tərəfindən nəşr
olunan “Azərbaycanda multikulturalizm” biblioqrafiya kitabının təqdimatı
keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı
direktoru, professor Azad Məmmədov
çıxış edərək
Prezident İlham Əliyevin “Multikulturalizm ili” barədə ötən il imzaladığı müvafiq
sərəncama uyğun
olaraq yeni çapdan çıxmış
nəşrin əhəmiyyətini
vurğulayıb.
Azərbaycan Respublikası millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşaviri xidmətinin
aparıcı məsləhətçisi
Rəvan Həsənov
“Multikulturalizm ili”ndə
həyata keçirilən
layihələrin, görülən
işlərin biblioqrafiyasının
yer aldığı kitabı yüksək dəyərləndirib.
Milli Kitabxananın direktoru,
professor Kərim Tahirov
da nəşrin əhəmiyyətini diqqətə
çatdıraraq layihənin
rəhbəri mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevə, kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi
akademik Kamal Abdullayevə və nəşrin ərsəyə
gəlməsində iştirak
etmiş hər kəsə minnətdarlığını
ifadə edib. Bildirib ki, beş hissədən
ibarət kitab “Multikulutralizm ili” ərzində görülən
işləri tam miqyası
ilə əhatə edir. Vəsaitdən istifadəni asanlaşdırmaq
məqsədilə sonda
Azərbaycan, rus və ingilis dillərində müəlliflərin
əlifba göstəriciləri
tərtib olunub.
Kitab tədqiqatçı alimlər, kitabxanaçı-biblioqraflar
və geniş oxucu kütləsi üçün nəzərdə
tutulub.
Təqdimat mərasimində Azərbaycanda
Rus icmasının rəhbəri, millət vəkili Mixail Zabelin, AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov, Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu,
Fəlsəfə İnstitutunun
direktoru İlham Məmmədzadə, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının
nümayəndəsi keşiş
Mefodi, Alban-Udi Xristian icmasının sədri Robert Mobili biblioqrafik nəşrin əhəmiyyətindən bəhs
ediblər.
Mədəniyyət.- 2017.- 5 may.-
S.15.