Albaniyalı alim Folklor
İnstitutunun qonağı
olub
Tiranadakı Albaniya Baş
Arxivlər İdarəsinin
şöbə müdiri,
tarix elmləri doktoru Entella Meço ölkələrarası
əlaqələrin genişlənməsi
üçün Albaniya-Azərbaycan
Dostluq Elmi-Mədəni
Dərnəyini qurub.
Hər dəfə Azərbaycana gələrkən
AMEA Folklor İnstitutunun
qonağı olan Entella Meço budəfəki gəlişində
dərnəyin nəşr
etdiyi “Albanlar və Azərbaycan” qəzetinin ilk sayını
da gətirib.
Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu qəzetin nəşrə başlaması münasibətilə qonağı təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.
Söhbət zamanı Azərbaycan-Albaniya elmi-mədəni əlaqələrinin genişləndirilməsi, hər iki xalqın folklorunun, xüsusən də Albaniyadan toplanmış mifik mətnlərlə Azərbaycandan toplanmış mifik mətnlərin müqayisəli öyrənilməsinə diqqətin artırılması planlaşdırılıb.
S.Qaliboğlu
Mədəniyyət.- 2017.- 5 may.-
S.15.